Ağdaşda maşın kanala düşdü: ölənlər və xəsarət alanlar var

Qəzalar 17 Sentyabr 2019 20:28 Oxunub 960
Ağdaşda maşın kanala düşdü: ölənlər və xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma başlanılıb

Ağdaşda baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində rayon sakinləri - Şahlar Məmmədov və Elbrus Məhiyəddinov dünyasını dəyişiblər.

*** 17:48

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Şəkili kəndində idarəetmədən çıxan “VAZ 2106” markalı avtomobil kanala düşüb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən ikisi ölüb, daha 2 nəfər isə ağır xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh