Sumqayıtda 32 yaşlı kişi itkin düşüb

Gündəm 18 Sentyabr 2019 08:46 Oxunub 863
Sumqayıtda 32 yaşlı kişi itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxsi görənlərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur

Sumqayıt şəhərində 32 yaşlı kişi itkin düşüb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin İnsaatçılar qəsəbəsində qeydə alınıb. Belə ki, 5 saylı yataqxana, otaq 78 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Vidadi Nəcəf oğlu Cavadov bir neçə gün öncə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib kı, sentyabrın 12-də onunla eyni ünvanda yaşayan 1987-ci il təvəlludlu Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan Rustəm Cavadov yaşadığı ərazidən çıxıb və bir daha geri qayıtmayıb.

Onun boyu, təxminən, 162 sm-dir, arıq bədən quruluşlu, ağbəniz sifətli, gözlərinin rəngi qəhvəyı, saçlarının rəngi qaradır. Evdən çıxarkən əynində göy rəngli şort, boz rəngli qısaqol köynək və ayağında sarı rəngli ayaqqabı olub.

Şəxsi görənlərdən və ya məlumatı olanlardan (018) 655 69 77, (070) 325 70 25, (055) 287 27 25 nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh