Salyanda yol qəzası olub, iki nəfər xəsarət alıb

Qəzalar 18 Sentyabr 2019 11:39 Oxunub 1143
Salyanda yol qəzası olub, iki nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Qazel” markalı avtomobilin “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri 1991-ci il təvəllüdlü Səmədov Araz Mübariz oğlu və 1996-cı il təvəllüdlü Əhədov Cəlil Əhəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh