Evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıblar

Gündəm 18 Sentyabr 2019 12:11 Oxunub 1135
Evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

Masallıda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon sakini K.Məmmədovanın 50 manatını və qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini F.Abdullazadə saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun həmyerlisi olan bir qadınla birgə rayon ərazisindəki evlərin birindən 500 manat, 5300 ABŞ dolları və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh