Polşalı turist Şəkidə qəzaya düşüb

Qəzalar 18 Sentyabr 2019 13:52 Oxunub 2342
Polşalı turist Şəkidə qəzaya düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəki rayonunda yol qəzası baş verib.  Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə günorta saatlarında Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Qoxmuq kənd sakini Musa Daşdəmirovun idarə etdiyi "Moskviç" markalı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, Polşa vətəndaşı, 1989-cu il təvəllüdlü Daniel Niçinski Mateus müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh