Yol polisini təhqir eləyən sürücü həbs edildi - 15 gün - VİDEO

Avtosfer TV 18 Sentyabr 2019 13:50 Oxunub 8853
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Onkoloji xəstəyəm, əsəbləşdim, söyüş söydüm"

Bakıda yol polisini ağır küçə söyüşləri ilə təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib. Avtosfer.az xəbər verir ki, o, bununla bağlı video yayıb, səhv etdiyini deyərək təhqir etdiyi polis tapıb ondan da üzr istəyəcəyini qeyd edib: "Beş dəfə əməliyyat olunmuşam, onkoloji xəstəyəm, əsəbləşdim, söyüş söydüm. Videonu da kimsə çəkib yayıb. Ayıb olsun ona. Məni hər yerdə biabır etdi. Bütün polislərdən üzr istəyirəm, bir qələtdi eləmişəm".

Qeyd edək ki, sürücü barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh