Yol polisi Faiqin ittihamlarına cavab verdi: "Səs yazısı, görüntülər var... " - VİDEO

Gündəm 18 Sentyabr 2019 14:43 Oxunub 15921
Yol polisi Faiqin ittihamlarına cavab verdi: "Səs yazısı, görüntülər var... " - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü qayda pozub, yol polisi də protokol tərtib edib

Özünü Mustəqil.az saytının rəhbəri kimi təqdim edən Faiq Balabəyli yol polisinin ünvanına ittihamlar səsələndirib. Bildirib ki, idarə etdiyi 99 TB 546 dövlət nömrə nişanlı avtomobil işıqforun qırmızı işığında keçdiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılıb. Sayt rəhbəri iddia edir ki, yol polisi ona qanunsuz olaraq protokol tərtib edib. Avtosfer.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, YPX əməkdaşı sürücünü qaydanı pozduğu üçün saxlayıb. Ona protokol tərtib edib. Faiq Balabəyli isə mətbuatda yanlış informasiya dərc edib.” 
Vaqif Əsədov bildirib ki, yazı ilə şəxsən Faiq Balabəyli ilə telefon danışığı aparıb. “Ona hüquq və vəzifələri izah olunub. Qayda pozuntusunun kamera görüntülərinin, yol polisi ilə danışığının səs yazısının olduğu barədə məlumat verilib. Ona həqiqətən də haqsız olduğu bildirilib. Eyni zamanda bu informasiyanın yayılması barədə xəbərdarlıq edilib. Bu gün səhər saatlarında məlumat dərc etsə də təkzib yazmayıb. Ona görə də hesab edirik ki, bununla əlaqədar maraqlanmaq istəyənlər səs yazısı və görüntüləri əldə edə bilərlər.”

Vaqif Əsədov qeyd edib ki, mövcud faktlar əsasında məhkəməyə müraciət olunacaq. "Sonradan faiq Balabəylinin peşmançılığı nəzərə alınmayacaq. Həmin sujetlərdə onun polis əməkdaşı ilə hündürdən danışması, müdaxilə etməsiŞ çantaj xarakterli ifadələr işlətməsi həmin görüntülərdə öz əksini tapıb. Çox ehtimal ki, bütün bunlar Faiq Balabəylinin cəzalandırmasına səbəb olacaq."

Faiq Balabəylinin qayda pozuntusunu və yol polisi ilə danışığını və iddialarını əks etdirən görüntüləri olduğu kimi  təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh