Altı hakim məsuliyyətinə cəlb edilib: biri vəzifədən azad olunub

Gündəm 18 Sentyabr 2019 15:47 Oxunub 1416
Altı hakim məsuliyyətinə cəlb edilib: biri vəzifədən azad olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Bərdə Rayon Məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib. Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iclasda Şura tərəfindən hakimlər barədə başlanılan intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib. O cümlədən, Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib. Ciddi nöqsanlara yol verən bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh