Bakıda «Volqa» 2 qonşunu düşmən etdi

Avtobazar 27 May 2014 00:25 Oxunub 1993
Bakıda «Volqa» 2 qonşunu düşmən etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1991-ci il buraxılışı olan bu maşına qonşulardan birinin gözü düşüb

"Volqa” markalı maşın yiyəsinə baha başa gəlib. ANS-in məlumatına görə, vaxtilə ona bu maşını satmaq təklif olunub, amma o, razılaşmayıb. Sonradan maşının, gah hissələri yoxa çıxıb, gah da maşına zərər yetirilib. İndi isə avtomobilin sahibi qonşudan şübhələnir. Paytaxtın Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov, 84 ünvanında yaşayan Əli Məmmədov deyir ki, onun “Volqa” markalı avtomobilinin detallarını qonşular oğurlayıb. Səbəb isə 1991-ci il buraxılışı olan bu maşına qonşulardan birinin gözünün düşməsidir. Belə ki, ilindən asılı olmayaraq, yürüşü az olan bu maşını dəfələrlə qonşuları ona satmağı təklif ediblər. Ancaq Əli Məmmədovun sözlərinə görə, o, bu qədimi maşını satmadığına görə də ilk olaraq onun təkərlərinin havasını boşaldıb. Daha sonra isə avtomobili hərəkətə gətirmək mümkün olmasın deyə, onun akumlyatorunu çıxarıb. Bütün bunlar Əli Məmmədovun sözləridir. Eyni zamanda Əli Məmmədov bununla bağlı rayon polis bölməsinə də müraciət edilib. Əli Məmmədov qeyd edir ki, orda birinci mərtəbədə yaşayan qadın adam göndərir ki, mən maşınımı satım, amma mən isə satmadım. Elə biz də adıçəkilən xanımın yaşadığı ünvana üz tutduq. Adı Minə olan bu xanım, qapını üzümüzə bağladı. Ancaq Minə xanım şifahi olaraq bildirdi ki, qonşusu olan Əli Məmmədovun sağlamlığında problemləri var. Onu da əlavə etdi ki, avtomobilin satılmasını qonşusu Əliyə həqiqətən təklif edib və müştəri də göndərdiyini təsdiqlədi. Avtomaşına zərər yetirilməsinə gəlincə, onun bu məsələylə bağlı bir əlaqəsi olmadığını dedi. Daha sonra məsələ ilə bağlı müraciət olunan hüquq mühafizə orqanında, yəni Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsində də olduq. Bölmədən aldığımız məlumata görə, Əli Məmmədov sahə müvəkkilinə şifahi surətdə küçədə məlumat verib. Əgər məsələnin köklü araşdırılmasını istəyirsə, adıçəkilən şəxs bölməyə yazılı surətdə müraciət etməlidir. İndi seçim Əli Məmmədovundur, ya yazılı müracəit edib günahkarın tapılmasını gözləməli, ya da qonşulardan şübhələrilə yaşayışına davam etməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh