"BNA və Metropoliten məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır"

Gündəm 18 Sentyabr 2019 19:38 Oxunub 1248
"BNA və Metropoliten məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır

Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. Bakı BUS sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib. Doğrudur hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığı görə məktəbə gedə bilməyib. Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. BNA və Metropoliten həftə içi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?

Fazil Mustafa, Millət vəkili

ŞƏRH YAZ
Ad

E-mail

Şərh