Avtosfer.az | Reklam
AZAL zərərli tullantıların miqdarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir
Gündəm 18 Sentyabr 2019 19:49 133 dəfə oxunub
AZAL zərərli tullantıların miqdarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir
Bu razılaşma Azərbaycanın milli aviadaşıyıcısı üçün strateji xarakter daşıyır

"Azərbaycan Hava Yolları" və “OpenAirlines” şirkəti arasında “SkyBreathe” həllinin istifadəsinə dair razılaşma imzalanıb. Bu barədə Avtosfer.az-a “Azərbaycan Hava Yolları”ının (AZAL) Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ətraf mühitə atılan zərərli tullantıların azaldılması məsələsinin AZAL üçün yüksək prioritet təşkil etdiyini nəzərə alsaq, bu razılaşma Azərbaycanın milli aviadaşıyıcısı üçün strateji xarakter daşıyır. “SkyBreathe Fuel Efficiency” aviaşirkətlərin yanacaqdan səmərəli istifadəsi və tullantıların azaldılması üçün geniş informasiya emalı alqoritmləri, süni intellekt və kompüter təlimindən istifadə edən müasir həldir. “Bütün reyslərimizdə yanacaq istifadəsinin analizi üçün “SkyBreathe” proqram təminatını ən yaxşı vasitələrdən biri kimi seçmişik. “SkyBreathe” kimi geniş imkanlara malik proqram təminatı bizim üçün yanacaqdan istifadənin səmərəliliyini artırmağa kömək edəcək əla bir resurs olacaq. Beləliklə, AZAL ətraf mühitin qorunması kimi vacib bir məsələyə də öz töhfəsini verəcək", - “Azərbaycan Hava Yolları” aviaşirkətinin direktoru Cəmil Mənizadə qeyd edib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh