Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib

Gündəm 18 Sentyabr 2019 20:08 Oxunub 1537
Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar aparılır

Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb və o, müvafiq polis şöbəsinə təhvil verilib.

Məlumata görə, xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatı öyrənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh