Metronun “Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb - FOTO

Gündəm 18 Sentyabr 2019 20:18 Oxunub 1885
Metronun “Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görülən işin keyfiyyəti qiymətləndirilib

Bu ilin iyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış "Bakı Metropoliteni" QSC-nin “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, ötən müddət ərzində eskalator sökülərək təftiş edilib, təmir işləri aparılıb, zəruri hissələr yenilənib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.

Bu tip eskalatorlar 110 000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh