Goranboyda yol qəzasında ölən və yaralananın şəxsiyyəti məlum olub

Qəzalar 18 Sentyabr 2019 20:25 Oxunub 1152
Goranboyda yol qəzasında ölən və yaralananın şəxsiyyəti məlum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Goranboy rayonunda yol qəzasında ölən və yaralananın şəxsiyyəti dəqiqləşib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Tərtər istiqamətində hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Günel adlı qadın hadisə yerində ölüb, Tural Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

*** 18:37

Goranboy rayonununda yol qəzası baş verib. Hadisə Balakürd kəndi ərazisində qeydə alınıb. Belə ki, avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində bir qadın hadisə yerində ölüb, bir kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh