Sürücü sərxoş olub “şir”ə döndü: Gah göydə “uçdu”, gah da yerdəkiləri “biçdi” – ANBAAN GÖRÜNTÜLƏR

Avtosfer TV 18 Sentyabr 2019 19:49 Oxunub 4223
Sürücü sərxoş olub “şir”ə döndü: Gah göydə “uçdu”, gah da yerdəkiləri “biçdi” – ANBAAN GÖRÜNTÜLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin apardığı alkotester yoxlaması zamanı 43 yaşlı sürücünün sərxoş olduğu məlum olub

Sərxoş sürücünün “gecə şou”sunun görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Belqorod şəhərində baş verib.

Kadrlarda, sürücü “Renault Duster” markalı avtomobili ilə yüksək sürətlə Makarenko və Poçtovaya küçələrinin kəsişməsində yerləşən dairənin beton səkisinə dəydiyi və bundan sonra havaya qalxaraq, bir də dairənin o biri başında yerə düşdüyü görülür. Bu da az imiş kimi, yol kənarında park edilmiş “Qaz-3110” və “VAZ-2107” markalı nəqliyyat vasitələrinə də çırpılıb. Qəzanın şiddətindən “Qaz-3110”nun sağ yan hissəsi zədələnib, “07” isə demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.

Xoşbəxtlikdən qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Polisin apardığı alkotester yoxlaması zamanı 43 yaşlı sürücünün sərxoş olduğu məlum olub.

İndi onu külli miqdarda cərimə və sürücülük vəsiqəsindən məhrum edilmə gözləyir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh