“20 Yanvar”da “Böyük təmizlik”: Problem həll edilir, yoxsa yenisi yaradılır? - VİDEO

Gündəm 18 Sentyabr 2019 20:59 Oxunub 3065
“20 Yanvar”da “Böyük təmizlik”: Problem həll edilir, yoxsa yenisi yaradılır?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İctimai nəqliyyatda əsəb və vaxt itkisi ilə üzləşmək istəməyənlər məhz həmin taksilərin xidmətindən yararlanırlar

Son illərdə Bakının “sərnişindaşıma qovşağı”na çevrilmiş 20 Yanvar metrostansiyasının yaxınlığındakı ərazidən şəhərətrafı qəsəbələrə işləyən “1 manatlıq” taksilərin fəaliyyəti məhdudlaşdırılır.

Müşahidələrə əsasən, Dövlət Yol Polisinin (DYP) əməkdaşları qeyd olunan ərazidə reydləri gücləndirərək, dayanacaqların ətrafında xaotik vəziyyətə səbəb olan “1 manatlıq” taksilərin “ayağını” demək olar, kəsib.

Bununla belə, həmin taksilərin fəaliyyəti yollarda sıxlıq və bəzən isə tıxac yaratsa da, Bakıətrafı qəsəbələrin sakinləri arasında onlara tələbat böyükdür. Başqa sözlə, ictimai nəqliyyatda əsəb və vaxt itkisi ilə üzləşmək istəməyənlər məhz həmin taksilərin xidmətindən yararlanırlar.

Yenicag.az məsələnin aktuallığını nəzərə alaraq, “1 manatlıq” taksilərlə bağlı vəziyyəti Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov və nəqliyyat eksperti Elməddin Muradlı ilə müzakirə edib.

Həmin videomaterialı təqdim edirik:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh