Avtoqəzada qaz kəməri qırıldı: 1000-dən çox abonentin qazsız qalıb - FOTO

Qəzalar 19 Sentyabr 2019 09:18 Oxunub 1319
Avtoqəzada qaz kəməri qırıldı: 1000-dən çox abonentin qazsız qalıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qazın verilişi üçün bərpa işləri sabah səhər saatlarında görüləcək

Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomobili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təzyiqli qaz kəmərinə çırpılıb. "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb. Nəticədə 3 yaşayış məntəqəsində 1000-dən çox abonentin qaz təminatı dayandırılıb.

Bildirilir ki, qazın verilişi üçün bərpa işləri sabah səhər saatlarında görüləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh