Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb

Avtoxəbər 19 Sentyabr 2019 11:56 Oxunub 1366
Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-avqust aylarında

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 12 801 ədəd avtomobil idxal edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib. İlk səkkiz ayda qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 139 mln. 594,5 min dollar təşkil edib. Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı ötən illə müqayisədə 6 921 ədəd və ya 2,17 dəfə çoxdur.

Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 101 mln. 752,5 min dollar dəyərində 5 880 ədəd avtomobil alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh