"Azərişıq"a məxsus maşının qəzaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

Gündəm 19 Sentyabr 2019 12:24 Oxunub 921
"Azərişıq"a məxsus maşının qəzaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir

Qubada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.  Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Söhüb kəndində "Azərişıq" ASC-nin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə Zahid Qurbanov və Namiq Rüstəmov ölüb. Daha iki nəfər - Azər Abdullayev və İlkin Rəsulov xəsarət alıb.

Həmin faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh