İdarə etdiyim avtomobilin qırmızı işıqdan keçdiyinə əmin oldum - Faiq Balabəyli

Gündəm 19 Sentyabr 2019 12:27 Oxunub 996
İdarə etdiyim avtomobilin qırmızı işıqdan keçdiyinə əmin oldum  - Faiq Balabəyli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları bununla bağlı müraciət etsələr dediklərini yayınlamağa hazırıq

“Sentyabrın 16-da N.B. Yusifbəyli – M. Qaşqay küçələrinin kəsişməsində – Bakı Sağlamlıq Mərkəzinin tinində işıqforun nizamlayıcı siqnalına riayət edərək, Həsən Əliyev küçəsinə tərəf irəliləyirdim. Sıxlıq olduğuna görə dönmə əməliyyatı heç də asanlıqla başa gəlmirdi. Belə ki, işıqforun qırmızı işığı yandıqda belə sırada olan və hərəkət edən avtomobillərin əks tərəfdəki maşınların vaxtına girirdi. Mən də bu çətin vəziyyətdə svetoforun son anda qırmızı işığın yanmasına 2 saniyə qalmış, təxminən saat 15:05-də hərəkət etdim və idarə etdiyim 99TB 546 dövlət qeydiyyat nişanlı avtomobillə qırmızı işıq yandıqda, artıq mən dönmə əməliyyatını bitirmişdim və bu əməliyyat qayda pozuntusu olmadan başa çatmış hesab oluna bilərdi”.

Müstəqil.Az saytının baş redaktoru Faiq Balabəylinin 17 sentyabr 2019-cu ildə Müstəqil.Az saytına verdiyi açıqlamada belə deyilir.
“Açıqlama getdikdən sonra elə həmin gün Bakı şəhər DYPİ nini ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov mənimlə  telefon əlaqəsi yaradıb və hadisənin araşdırıldığını, mənim idarə etdiyim avtomobilin həqiqətən qırmızı işıqdan keçdiyini və polislə edilən mübahisənin yersiz olduğunu bildirdi. Telefon danışığı zamanə mənə sürücünün hüquqlarını bildirən polkovnik, idarəyə gəlib görüntülərə birgə baxa biləcəyimi dedi. Mən ona, sizə inanıram və siz deyirsizsə bu doğrudan da belədir, dedim və növbəti gün bu olayla bağlı yazı dərc edəcəyimi də dedim”.
Baş redaktor yaranan insidentə görə özünü günahkar saysa da, polis işçisinin vətəndaşla qızışdırıcı söhbət etdiyini və onu təbdən çıxardığını da qeyd edib:

“Mən maşında ailə üzvümlə gedirdim, Polis əməkdaşına nəvəmin bağda olduğunu və tələsdiyini dedim, mümkünsə vaxt itirməsin, cəriməmi ünvanıma göndərsin dedim. Lakin polis əməkdaşı mənimlə razılaşmadı, aramızda yaranan mübahisəyə səbəb olan əsas fakt budur. Əgər polis əməkdaşları bununla bağlı müraciət etsələr dediklərini yayınlamağa hazırıq”.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh