Avtosfer.az | Reklam
Bakıda dələduzluq edən şəxs döyülüb
Gündəm 19 Sentyabr 2019 15:45 132 dəfə oxunub
Bakıda dələduzluq edən şəxs döyülüb
Faktla bağlı araşdırma aparılır

Bakı sakini T.Səttarov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Biləcəri qəsəbəsində bir neçə nəfər tərəfindən döyülərək ölümlə hədələnib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, araşdırma zamanı müəyyən edilib ki, T.Səfərov Rüstəm, Yusif, Musa, Vüsal, Fəxrəddin və Müşviq adlı şəxslərin hər birindən 15 min manat pul alıb. Onları vaxtından əvvəl təqaüdə çıxmasına köməklik göstərəcəyi vədini verib. Verdiyi vədə əməl etmədiyi üçün o həmin şəxslər tərəfindən döyülərək hədələnib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T.Səttarov xəstəxanalardan birində kuryer işləyir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh