Quba sakini yol polisləri haqqında nazirliyə məktub yazdı

Yol polisi 20 Sentyabr 2019 09:15 Oxunub 1431
Quba sakini yol polisləri haqqında nazirliyə məktub yazdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mənə ilkin tibbi yardım göstərdilər, həkim briqadası çağıraraq xəstəxanaya çatdırdılar

Quba rayon sakini Seyran Kərimov yol polisinin ona göstərdiyi köməkliyə görə DİN-ə təşəkkür məktubu ünvanlayıb. Avtosfer.az xəbər verir ki, o məktubunda yazır: “Bakıdan Qubaya gedən zaman yolda qəfildən özümü narahat hiss etməyə başladım və halım pisləşdi. Zarat kəndində Yol Polisi postuna yaxınlaşdığımdan maşını orada saxladım. Bu zaman yaxınlaşaraq özünü serjant Elvin Xankişiyev kimi təqdim edən yol polisi əməkdaşı məndən nə baş verdiyini soruşdu. Halımın yaxşı olmadığını görən E.Xankişiyev və digər əməkdaşlar mənə ilkin tibbi yardım göstərdilər, həkim briqadası çağıraraq xəstəxanaya çatdırdılar.

Vəziyyətim yaxşılaşandan sonra E.Xankişiyev məni yenidən posta gətirdi, hətta polis əməkdaşları başqa sürücü vasitəsilə mənim Qubaya – evimə qayıtmağımı təşkil etdilər”.

Polis əməkdaşlarının belə humanistliyinə, vətəndaşlara göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyinə və BDYPİ-nin Zarat postunda xidmət aparan yol polisi əməkdaşlarına təşəkkürünü bildirir.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh