Maştağada ağır yol qəzası: 1 ölü, 2 yaralı

Qəzalar 20 Sentyabr 2019 11:00 Oxunub 1309
Maştağada ağır yol qəzası: 1 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi (Kirov dairəsi adlandırılan) ərazisində qeydə alınıb.  Qəza nəticəsində 79 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib. Yaralılar 71 yaşlı qadın sağ baldırın kəsilmiş yarası, 37 yaşlı oğlan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hazırda müalicələri davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh