Bakıda yeniyetmə evdən 20 min manatlıq oğurluq edib

Gündəm 20 Sentyabr 2019 13:19 Oxunub 932
Bakıda yeniyetmə evdən 20 min manatlıq oğurluq edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxt sakini olan bir yeniyetmə saxlanılıb

Bakıda 5000 manat və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 15 000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh