“VAZ”dan qanunsuz dərman preparatları aşkarlanıb - FOTO

Gündəm 20 Sentyabr 2019 13:26 Oxunub 1106
“VAZ”dan qanunsuz dərman preparatları aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ - 21065" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama nəticəsində avtomobilin ön sağ və sol tərəflərinin üst hissəsindəki qanadların arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 4060 kapsul "Samyun Wan" adlı dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh