Sumqayıtda yolun ortasında “Mercedes”i saxlayıb iti güllələdilər - VİDEO

Avtosfer TV 20 Sentyabr 2019 13:31 Oxunub 2190
Sumqayıtda yolun ortasında “Mercedes”i saxlayıb iti güllələdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güllə yarası alan it isə yerində qıvrılmağa başlayır

Sumqayıtda avtomobildən iti güllə ilə vuran şəxsin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) öz profil hesabından bununla bağlı video paylaşıb.

Kadırlarda, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən yolun hərəkət hissəsində dayandığı, sərnişin kreslosundan bir nəfərin tüfəngi çıxardığı və səkidə dayanan iti güllə ilə vurduğu görülür. Bundan sonra avtomobil dərhal hadisə yerindən uzaqlaşır. Güllə yarası alan it isə yerində qıvrılmağa başlayır.

İnsidentin digər təffəruatları barədə məlumat verilməyib.

Yəqin ki, hüquq-mühafizə orqanları bu videonu izlədikdən sonra hadisə ilə bağlı araşdırma aparacaq və lazimi tədbir görəcəklər.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh