Sərnişin avtobusu TIR-a arxadan çırpıldı: 4 ağır, 17 yaralı - FOTO

Avtosfer Foto 20 Sentyabr 2019 14:18 Oxunub 2091
Sərnişin avtobusu TIR-a arxadan çırpıldı: 4 ağır, 17 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Türkiyədə sərnişin avtobusunun və TIR-ın iştirakı ilə baş verən yol qəzasında 17 nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, insident Ərzurum-Aşqala avtomagistralı istiqamətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Ərzincan-Ərzurum reysi ilə hərəkət edən 60 BD 928 qeydiyyat nömrə nişanlı  sərnişin avtobusu, eyni yolda hərəkətdə olan 79A36010 İran dövlət qeydiyyat nişanlı TIR-a arxadan çırpılıb.

Nəticədə 4-ü ağır olmaqla 17 nəfər, “təcili tibbi yardım” maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh