DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılacaq

Gündəm 20 Sentyabr 2019 14:21 Oxunub 2485
DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik!

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh