Bərdədə iki nəfərin ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib

Gündəm 20 Sentyabr 2019 19:38 Oxunub 996
Bərdədə iki nəfərin ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Xaqani Səmədovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elvin Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üşün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Xaqani Səmədovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə iyunun 7-də baş verib. 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri “Qazel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində xəsarət alan İlyas Gülməmmədov və Nizami Əliyev dünyasını dəyişib.

Aparılmış istintaqla hadisənin Elvin Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh