Bakıda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Gündəm 20 Sentyabr 2019 20:08 Oxunub 1047
Bakıda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Kəramət Əliyevin icraatına verilən iş üzrə hazırlıq iclası sentyabrın 27-nə təyin edilib

Bakıda qadını maşınla vuraraq hadisə yerindən qaçan sürücünün cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üşün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Hakim Kəramət Əliyevin icraatına verilən iş üzrə hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə iyulun 10-da Suraxanı rayonu, Əmircan qəsəbəsində baş verib. Naməlum markalı avtomobillə yolu keçmək istəyən piyada 1948-ci il təvəllüdlü Şüküfə Qurbanovanı vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən vəfat edib. Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Opel” markalı 99-DG-961 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü - Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nəzərli Bəhruz Rafayıl oğlu tutularaq istintaqa cəlb olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh