Avtosfer.az | Reklam
Bakı Nəqliyyat Agentliyi niyə tənqid edilir: İctimai qınağı körükləyənlərin niyyətləri...
Gündəm 20 Sentyabr 2019 21:15 2399 dəfə oxunub
Bakı Nəqliyyat Agentliyi niyə tənqid edilir: İctimai qınağı körükləyənlərin niyyətləri...
Bəlli səbəblərdən hər şey tamam fərqli məcrada cərəyan edir...

Müsəlman dünyasının bir parçası olan Azərbaycanda Kərbəla şəhidlərinə yas tutulan Məhərrəm ayındayıq. Məmləkətdə çox dəbdə olan bir fikir də var ki, yüz dəfə imam üçün ağlayanda bir dəfə də Yezid üçün ağlamaq pis olmaz. Amma deyəsən bizlərdə nə imam üçün ağlayan var, nə yezid üçün. Əksinə, hər şeydə əmma axtarmaq mərəzi insanları təhlükəli həddə çatan neqativlər aşiqinə şevirib. Elə indi oxucularımıza təqdim etmək istədiyimiz mövzuda da məhz neqativ aşiqlərinin haqqı nahaqqa verməsindən bəhs ediləcək. 

Bu gün sosial şəbəkələri məşğul edən şıdırğı müzakirə mövzularından biri də şərnişindaşımadakı nöqsanlar və çatışmazlıqlardır. Əslində buna təbii yanaşmaq lazımdır, çünki söhbət ovqatı min rəngə çalan milyonlarla sərnişinin evdən işə, işdən evə çatdırılmasında istifadə edilən metro nəqliyyatı və marşrut avtobuslarından gedir. Bəri başdan birmənalı olaraq vurğulanmalıdır ki, istər metro, istərsə də avtobuslarla sərnişindaşımada xeyli nöqsanlar var və bunları bu sahəyə cavabdeh olanlar da, gündəlik bu çatızmalıqlarla üzləşən sərnişinlər də bilir. Amma problemin mövcudluğunu görərək onu müxtəlif səviyyələrdə dilə gətirmək başqa, onun həlli istiqamətində təxirəsalınmaz addımlar atmaq öhdəliyi olanların davranışları bir başqadır. Yəni gəlin görək yaşananlar bu sahəyə cavabdeh olanların səriştəsizliyindən və ya məsələyə öz şəxsi maraqları baxımından yanaşmalarından qaynaqlanır, yoxsa ümummilli bəlamız olan natamamlığımızdan? Əlbəttə, BNA noqsanlardan xali deyil və qurum rəhbərliyini obrazlı ifadə edilsə, süddən çıxmış ağ qaşıq kimi təqdim etmək niyyətimiz də yoxdur. Amma gəlin razılaşaq ki, BNA rəhbərliyinin bulanıq suda balıq tutmaq həvəsində olanların çirkin planlarının hədəfində olduğu appaçıq görsəndiyindən mərdi qova qova namərdə çevirmə cəhdlərinə qarşı ictimai müqavimət göstərilməsi də adekvat olardı. Amma bəlli səbəblərdən hər şey tamam fərqli məcrada cərəyan edir...

Uzun müddət idi Bakı şəhərində ictimai nəqliyyatda vahid kart ödəniş sistemi tətbiq edilmirdi. Keçmiş Nəqliyyat Nazirliyinin vaxtında bir dəfə "Bank of Azərbaycan" vasitəi ilə buna cəhd olundu, amma sistem özünü doğrultmadı. 2015-ci il avqustun 8-də isə "BakıKart" sistemi isə heç bir narahatlıq olmadan işə salındı. Həmin vaxt dövriyyədə olan metro kartlarından BakıKarta miqrasiya edilməsi əhalinin hiss etmədiyi dərəcədə sakit və rahatlıqla təmin olundu. Hazırda 500 avtobusda və eləcə də metroda ödəniş BakıKartla həyata keçirilir. BNA ilin sonuna kimi bütün avtobuslarda gediş haqqının kartla olacağını elan edib. Bu isə o deməkdir ki, gün ərzində sərnişindaşıma ilə məşğul olan daşıyıcılar hər ay milyonlarla nağd pul kütləsi əldə etməkdən məhrum olacaq. Nəzərə almaq lazımdır ki, gün ərzində ictimai nəqliyyatdan iki milyon yarım sərnişin istifadə edir. Minimal 30 qəpikdən hesabladıqda daşıyıcılar gün ərzində milyonlarla nağd vəsait əldə edirlər ki, bu pulların sonrakı taleyi məlum deyil. 

 

Məhz buna görə də BNA-nın israrla kart sisteminə keçmək istəyi və hər kəs qarşısında bu tələblə çıxış etməsi daşıyıcılar və onların arxasında dayanan maraqlı qüvvələri narahat edir. Buna maneə yaratmaq məqsədi ilə BNA-ya qarşı qara PR kampansiyası aparılır. Müxtəlif vaxtlarda şəhərin nəqliyyat sistemi ilə bağlı görülən işlər ayrı - ayrı media resurslarında və sosial şəbəkələrdə qərəzli formada təqdim olunur. 

Kart sisteminə keçidlə yanaşı eyni zamanda avtobus parkının yenilənməsi işləri gedir. Heç kimə sirr deyil ki, uzun müddətdir arxasındakı gücə arxayın olan daşıyıcılar "şapka" sistemi ilə işləyib. BNA yaranandan sonra şəffaflıq onları narahat edib. Avtobus parkının yenilənməsində maraqlı olmayıblar. İndi BNA dövlət başçısının sərəncamı ilə 300 avtobus gətirir və daşıyıcılar da bundan narahat olublar. Bilirlər ki, işlərinə normal yanaşmadıqları üçün marşrut şəbəkəsindən kənarda qalacaqlar. Ona görə də hər vəchlə BNA-ya və onun sədri Vüsal Kərimliyə qarşı qara PR gedir.  

Vətəndaşları ən çox narahat edən məsələlərdən bir də BNA -nın qanunsuz parklanmaya qarşı mübarizə tədbirləridir. Xatırladaq ki, BNA keçən il Prezidentin fərmanı ilə dayanma və durma qaydaları ilə bağlı səlahiyyətləndirilib. Bu istiqamətdə görülən işlər maraqlı qüvvələr tərəfindən qeyri-obyektiv formada insanlara təqdim edilir. 

BNA-nın qanunsuz parklanmayaqa qarşı tədbirlərindən narahat olanlar əsasən obyekt sahibləri, qanunsuz parklanma fəaliyyəti ilə məşğul olan şirkətlər və şəxslərdir. Vacib bir məqamda ondan ibarətdir ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin BNA -ya dəxli yoxdur və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. Bir sıra dövlət qurumlarının topladığı cərimə və dövlət rüsumlarının 25 faizinin həmin qurumda çalışanların əmək haqlarına əlavə edilməsi haqqında prezidentin bir neçə müvafiq sərəncamı olsa belə bu günədək BNA haqqında adekvat qərar yoxdur. Yəni toplanan cərimələrin bir qəpiyi də BNA büdcəsinə daxil olmur. Amma təbii ki, çoxları bunu bilmir və bilənlər də qəsdən ictimai rəyi çaşdırmaqla şəhərdaxili sərnişindaşımada xaos görüntüsü yaratmaq məqsədi güdürlər. Amma görünən odur ki, ilin sonunadək bu sahədəki problemlərin miqyası xeyli daralacaq və gələn ildən Bakı şəhərindəki bütün sərnişindaşımanın kart sisteminə keçirilməsi bu sahədi şəffaflığı və sərnişin məmnunluğunu xeyli yaxşılaşdırcaq.  

Moderator.az

ŞƏRH YAZ
Ad
E-mail
Şərh