Təyyarə hava burulğanına düşdü: 9 yaralı

Gündəm 21 Sentyabr 2019 16:53 Oxunub 1329
Təyyarə hava burulğanına düşdü: 9 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə And dağları üzərindən uçan zaman baş verib

“Aerolíneas Argentinas” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin güclü hava burulğanına düşməsi nəticəsində 9 nəfər xəsarət alıb.

Avtosfer.az “iz.ru”ya istinadən xəbər verir ki, insident sentyabrın 20-si baş verib. Bu barədə “Tеlam” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Mayami hava limanından Argentinanın Buenos-Ayres şəhərinə istiqamətlənən, göyərtəsində 251 sərnişinin olduğu təyyarə And dağları üzərindən uçan zaman hava burulğanına yaxalanıb.  

Aviaşirkətdən agentliyə bildirilib ki, hava gəmisinin aeroporta enişindən sonra 8 sərnişinə və 1 ekipaj üzvünə tibbi yardım göstərilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh