Avtobus yük maşını ilə toqquşdu: azı 9 ölü, 2 yaralı - VİDEO

Qəzalar 21 Sentyabr 2019 17:25 Oxunub 3028
Avtobus yük maşını ilə toqquşdu: azı 9 ölü, 2 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə xilasetmə, polis və səhiyyə briqadaları cəlb edilib

Ukraynanın Odessa şəhərində mikroavtobusun və yük maşının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident sentyabrın 21-də Novaya Dolina ilə Prilimansk kəndləri arasında qeydə alınıb.

Məlumata görə, 52 saylı marşrut xətt üzrə hərəkət edən sərnişin dolu “Mercedes-Benz Sprinter” markalı mikroavtobus “MAN” markalı benzin daşıyan yük maşını ilə toqquşub. Qəzanın təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Nəticədə azı 9 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Bildirilir ki, ölən və yaralananların dəqiq sayı müəyyənləşdirilir.

Hadisə yerinə xilasetmə, polis və səhiyyə briqadaları cəlb edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh