Yol polisi Sumqayıtda Dövlət Proqramının icrasını davam etdirir - VİDEO

Yol polisi 22 Sentyabr 2019 12:39 Oxunub 2273
Yol polisi Sumqayıtda Dövlət Proqramının icrasını davam etdirir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Danışan yol nişanları" layihəsi icra edilib

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü il Dövlət Proqramına uyğun olaraq məktəblilərə yol hərəkəti qaydalarını izah etmək, yol hərəkəti təhlükəsizliyini aşılamaq məqsədilə Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları "Danışan yol nişanları" layihəsinin icrasında iştirak ediblər. Tədbirdə piyada keçidindən pərakəndə keçən şagirdlər maarifləndirilib, onların bu keçidlərdən istifadə etməsinin zəruriliyi qeyd olunub. Bildirilib ki, şagirdlərə bu istiqamətdə müəllimlər, valideynlər də məlumat verməlidir. Bu həm piyadaların, həm də sürücülərin təhlükəsizliyi üçün vacibdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh