Avtosfer.az | Reklam
Qeyri-adi körpə doğuldu: 4 ayağı və 3 qolu var - FOTO
Maraqlı 22 Sentyabr 2019 13:07 1644 dəfə oxunub
Qeyri-adi körpə doğuldu: 4 ayağı və 3 qolu var - FOTO
Yeni doğulan körpə tezliklə cərrahi əməliyyat olunacaq

Hindistanın Radcastan ştatında qeyri-adi körpə doğulub. Avtosfer.az xəbər verir ki, yeni doğulan qızın 4 ayağı və 3 qolu var.

Onunla bərabər dünyaya gələn əkiz qardaşı isə sağlamdır. Həkimlər güman edir ki, əslində ana bətnində üçəm daşıyıb, ancaq naməlum səbəblərdən iki döl birləşərək bir yerdə böyüyüb.

Bildirilir ki, ana hamiləliyi ərzində bir dəfə də olsun ultrasəs müayinəsindən keçməyib və mümkün problemlərdən də xəbərsiz olub. Hazırda qız oksigen aparatına qoşulub, vəziyyəti isə stabildir.

Tezliklə yeni doğulan körpə artıq əzalardan qurtulmaq üçün Jaipur xəstəxanasına göndəriləcək və cərrahi əməliyyat olunacaq.

Bildirilir ki, bundan sonra uşaq normal həyat yaşaya biləcək.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh