Polislər sükan arxasında halı pisləşən xanımı belə xilas etdi - VİDEO

Yol polisi 23 Sentyabr 2019 08:41 Oxunub 1298
Polislər sükan arxasında halı pisləşən xanımı belə xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücüyə ilkin tibbi yardım göstərilib

Polislər sükan arxasında halı pisləşən xanım sürücünün həyatını xilas edib. Avtosfer.az xəbər verir ki, hadisə "Əhmədli" metrostansiyası yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90 PK 778 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün sükan arxasında halı pisləşib. Ərazidə xidmət aparan polis əməkdaşları tez avtomobilə yaxınlaşıblar. Onlar vətəndaşların da köməyindən istifadə edərək avtomobili saxlayıb və xanım sürücünü ordan çıxarıblar. 
Digər vətəndaşların da ziyan görməməsi üçün tədbirlər görüblər. 
Vətəndaşlardan biri tərəfindən yaxınlıqdakı restorandan çəkilmiş görüntüləri təqdim edirik:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh