Ağsuda iki avtomobil toqquşdu: xəsarət alan var

Qəzalar 23 Sentyabr 2019 09:15 Oxunub 1777
Ağsuda iki avtomobil toqquşdu: xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakla bağlı araşdırma aparılır

Ağsu rayonunda "VAZ-2107" markalı avtomobillər toqquşub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı sürücülərdən biri - 68 yaşlı Hacıəliyev Vahid Hacıəli oğlu ağır bədən xəsarətləri alıb. Qəzanın zərbəsindən V.Hacıəliyev deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb. Yaralı əvvəlcə Ağsu rayon Mərkəzi Xəstəxanasına, sonra Bakıya, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. V.Hacıəliyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh