Yanğından 1 saat əvvəl aldığı maşın yanıb kül oldu - FOTO

Gündəm 23 Sentyabr 2019 10:08 Oxunub 1233
Yanğından 1 saat əvvəl aldığı maşın yanıb kül oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırma aparılır

Türkiyədə yerli sakinin yanğından 1 saat əvvəl aldığı maşın yanıb. Avtosfer.az xəbər verir ki, insident Mərsin vilayətində qeydə alınıb. Məlumata görə, Dənizxan Güneyin idarəetməsində olan 33 DOH 06 qeydiyyat nömrə nişanlı minik avtomobili, Pozantı-Tarsus-Mərsin avtomagistralının Gülək Boğazı istiqamətində hərəkət etdiyi zaman naməlum səbəblərdən yanmağa başlayıb.

Alovları görən sürücü, maşından enərək yanğınsöndürənlərə xəbər verib.

Qəza yerinə gələn yanğınsöndürmə briqada əməkdaşları yanğını ram ediblər. Lakin avtomobil yararsız vəziyyətə düşüb.

Sürücü, əməkdaşlara nəqliyyat vasitəsini yanğından 1 saat əvvəl ikinci əl olaraq aldığını bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh