Bakıda 65 yaşlı qadını avtomobil vuraraq öldürüb

Qəzalar 23 Sentyabr 2019 11:14 Oxunub 849
Bakıda 65 yaşlı qadını avtomobil vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər sakini, 1965-ci il təvəllüdlü Füzuli Məmmədovun idarə etdiyi "Mercedes" markalı atvomobil yolu keçmək istəyən, 1954-cü il təvəllüdlü Solmaz Dadaşovanı vurub.  Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törəmək, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh