Bərdədə iki nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Gündəm 23 Sentyabr 2019 11:35 Oxunub 845
Bərdədə iki nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib

Bərdədə ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Elvin Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il iyunun 8-də Bərdə rayonu ərazisində baş verib. 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri “QAZel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində xəsarət alan İlyas Gülməmmədov və Nizami Əliyev dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh