“DAF” sərnişin avtobusuna çırpıldı: 9 ölü, 10 yaralı - FOTO

Qəzalar 23 Sentyabr 2019 11:31 Oxunub 927
“DAF” sərnişin avtobusuna çırpıldı: 9 ölü, 10 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

Ukraynada yük maşınının və sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzasında 9 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Avtosfer.az xəbər verir ki, insident ötən gün Jitomirski əyalətində, Kiyev - Çop avtomagistralının 250-ci kilometrliyində qeydə alınıb. Bu barədə yerli Milli Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yarı qoşqulu yanacaq daşıyan “DAF” markalı yük maşını Kiyev istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxaraq, yol kənarında dayanan və təkəri təmir edilən sərnişin avtobusuna çırpılıb. Nəticədə 9 nəfər aldığı xəsarətlərdən hadisə yerində keçiniblər, daha 10 nəfər isə xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, ölənlərin yaşı 42–71 arasıdır. Avtobusda 49 sərnişin olub.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh