Qaradağda avtobus drenaj xəttinə düşdü - Yaralı var - FOTO

Gündəm 23 Sentyabr 2019 12:30 Oxunub 937
Qaradağda avtobus drenaj xəttinə düşdü - Yaralı var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda hadisə ilə bağlı araşdırma aparılır

Bir qədər əvvəl Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh