Bakıda piyadanın üstündən keçən avtobus sürücüsünün məhkəməsi başlayır

Gündəm 23 Sentyabr 2019 13:25 Oxunub 1068
Bakıda piyadanın üstündən keçən avtobus sürücüsünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Rufan Mürsəlovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ceyhun Tahirovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Hakim Rufan Mürsəlovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinin qarşısındakı dayanacaqda baş verib.

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi 7 saylı ünvanda yaşayan Məmmədov Qəribxan Mirzə oğlu Tahirov Ceyhun Fəxrəddin oğlunun idarə etdiyi "Daewo" markalı 10 TG 262 dövlət nömrə nişanlı 211 saylı marşrut avtobusundan düşərkən sürücü avtobusu hərəkətə gətirib.

Hadisə nəticəsində Q.Məmmədov müvazinətini itirərək avtobusun altına yıxılıb, avtobus piyadanın üstündən keçib.

Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Q.Məmmədov xəstəxanada dünyasını dəyişib.

C.Tahirova Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ititham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh