“Renault” ağır qəzaya düşdü: 4 ölü, 4 yaralı - FOTO

Qəzalar 23 Sentyabr 2019 13:40 Oxunub 1149
“Renault” ağır qəzaya düşdü: 4 ölü, 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Sivas əyalətində ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident səhər saatlarında Sivasın Şarkışla ilə Kayserinin Pınarbaşı rayonları arasında qeydə alınıb.

Məlumata görə, şəxsiyyəti hələ ki müəyyənləşdirilməyən 16 DLA 90 dövlət qeydiyyat nömrə nişanlı “Renault Kadjar” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə 1-i körpə 4 nəfər ölüb, 2-si uşaq 4 nəfər isə xəsarət alıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə səhiyyə, polis və xilasetmə briqadaları gəlib.

Yaralılar ambulanslarla xəstəxanaya çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh