Yol polisi məktəblərin ərazisində belə xidmət aparır - FOTO

Yol polisi 23 Sentyabr 2019 16:11 Oxunub 1506
Yol polisi məktəblərin ərazisində belə xidmət aparır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısı alınır

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşları maqistral yolların ətrafında yerləşən orta məktəbləri nəzarətə götürüb. Taqım komandiri, polis mayoru Hikmət Qafarovun Avtosfer.az-a verdiyi məlumata görə, Ələt-Astara-İran sərhədi yolunun 133-cü kilometrliyində yerləşən Qarazəncir kənd orta məktəbinin qarşısında və həmin yolun Lənkəran şəhəri ərazindən keçən 210-cu kilometrliyində Səxtəkaran orta məktəbinin qarşısında xidmət təşkil olunub. Yol kənarında yerləşən orta məktəblərin ətrafında nişanlar və nişanlanma xətləri yenilənib. Eyni zamanda səhər və günorta satlarında şagridlər gələrkən və dərsdən çıxarkən əraziyə naryadlar qoyulur. Həmin naryadlar şagirlərin yoldan rahat keçə bilməsini təmin edir. Bununla da baş verə biləcək xoşagəlməz hadisələrin qarşısı alınır.

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh