“Jaguar” və “Land Rover” avtomobillərinin sınaq yürüşləri keçirildi - FOTO - VİDEO

Avtoxəbər 24 Sentyabr 2019 13:53 Oxunub 1238
“Jaguar” və “Land Rover” avtomobillərinin sınaq yürüşləri keçirildi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Avtolüks Azərbaycan” şirkəti bu avtomobilləri əldə etmək istəyənlər üçün xüsusi şərtlər təklif edib

Sentyabrın 21-22-də Jaguar Land Rover markalarının Azərbaycanda rəsmi dileri “Avtolüks Azərbaycan” təmsil etdiyi brendlərin model sırasına aid avtomobillərin sınaq yürüşlərini təşkil etdi. Tədbirin keçirilməsində əsas məqsəd hər iki brend üzrə insanlar arasında məlumatlılıq səviyyəsini artırmaq, potensial müştərilərin avtomobillərlə daha yaxın təmasını təmin etmək idi. Jaguar avtomobillərinin sınaq yürüşləri The Art Of Performance, Land Rover avtomobillərinin sınaq yürüşləri isə Above & Beyond Tour adı altında keçirilirdi. Öncədən qeydiyyata yazılmaqla tədbirdə iştirak edən şəxslər Jaguar Land Rover şirkətinin Regional Ofisindən dəvət olunmuş peşəkar pilotların birbaşa iştirakı və tövsiyyələri əsasında Jaguar markasının XE, F-PACE və E-PACE modellərini, Land Rover markasının isə Discovery, Range Rover Velar və Range Rover Sport modellərini müxtəlif parametrlər üzrə sınaqdan keçirdilər.

Tədbir günlərində “Avtolüks Azərbaycan” şirkəti Jaguar və Land Rover avtomobilləri əldə etmək istəyən şəxslər üçün xüsusi şərtlər təklif edirdi. Təkliflər sırasında avtomobillərin qiymətlərinə 15.000 AZN-dək endirim, 1 illik KASKO sığortasının və 1 qış təkər dəstinin hədiyyə olunması yer alırdı. Jaguar və ya Land Rover sahibi olmaq istəyən şəxslər bu fürsətlərin birini seçməklə 2019-cu il, oktyabrın 30-dək təkliflərdən faydalana bilərlər.   
 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh