"Gör indi qaqan nə qayıracaq" - 90 PC 225 - VİDEO

Avtoreyd 25 Sentyabr 2019 00:25 Oxunub 5052
"Gör indi qaqan nə qayıracaq" - 90 PC 225 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Beləsinə nə olursa özünün qalın qafalı düşüncəsindən olur

Bu videonu Avtosfer.az-a sürücülərdən biri göndərib. Videoda kobud qayda pozuntusuna yol verən 90 PC 225 dövlət nömrə nişanlı avtomobilin gənc sürücüsünün ağər qəza törətməsi əksini tapır. Yerə-göyə sığmayan bu sürücü sağdan ötmə əməliyyatı edir. Özü də videoya diqqət etsək və yol kənarında dayanmış qara avtomobili də nəzərə alsaq o, artıq bu hərəkəti bir dəfə edib. İkinci dəfə isə solda avtomobilin yaxın məsafədə olduğunu nəzərə almadan avtoxuliqanlıq edərək avtobusun arxasından qəfil sola çıxır. Bu zaman sağ tərəfi avtobusa dəyən avtomobilin sükanını yığışdıra bilməyən sürücü soldakı qırmızı maşınla da toqquşur. Avtomobildən düşəndən sonra yazıq sifət almasına baxanda bir fikir, yolda etdiyi bu hərəkətə baxanda isə başqa bir fikirdə olursan. Beləsinə nə olursa özünün qalın qafalı düşüncəsindən olur.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh