Bakıda bu ərazidə yüzlərlə sakin hər gün ölümlə üz-üzədir: piyada keçidi yoxdur - VİDEO

Xəbərlər 25 Sentyabr 2019 09:12 Oxunub 1333
Bakıda bu ərazidə yüzlərlə sakin hər gün ölümlə üz-üzədir: piyada keçidi yoxdur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ora ya özünü ölümə vermək bahasına, ya da ki, uçaraq keçmək mümkündür

Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Bilgəh yolunda sakinlərin həyatı hər an təhlükədədir. Avtosfer.az-a şikayət edən vətəndaş deyir ki, ərazidə yüzlərlə insan yaşasa da piyada keçidi yoxdur. Cəmir bir piyada keçidi var ki, o da yaşayış ərzisindən təxminən 3-4 km uzaqlıqdadır. İkinci keçid də ki, artıq bir neçə ildir tikilir, amma...

Sakinlər magistral yolu çətinliklə, həyatlarını təhlükəyə ataraq keçirlər. Ərazidə avtobus dayanacağı var. Hətta magistr yolun dəmir arakəsmələri arasında piyadaların keçidi üçün yer də qoyublar. Amma piyada ora necə getməlidir, bax bu sual hamını düşündürür. Ora ya özünü ölümə vermək bahasına, ya da ki, uçaraq keçmək mümkündür. Görüntüləri təqdim edirik. Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ barəsində müvafiq ölçü götürəcək.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh