“Subaru” piyadaların üzərinə aşdı: 3 ölü, 2 yaralı - FOTO

Avtosfer Foto 25 Sentyabr 2019 11:54 Oxunub 1811
“Subaru” piyadaların üzərinə aşdı: 3 ölü, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü polis tərəfindən həbs edilib

Rusiyanın İrkutsk əyalətində minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Anqarsk şəhərində qeydə alınıb. Bu barədə yerli DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 29 yaşlı şəhər sakini “Subaru Legacy” markalı avtomobillə hərəkətdə olan vaxt ötmə əməliyyatını yerinə yetirərkən sükan idarəetməsini itirib. Bundan sonra avtomobil səkinin hərəkət hissəsinə istiqamətlənib və irəliləyən 2 piyadanın üzərinə aşıb.

Nəticədə nəqliyyat vasitəsində sərnişin qismində əyləşən 25 yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Sürücü, onun daha bir sərnişini və 2 piyada isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq piyadaların həyatını xilas etmək mümkün olmayıb.

Sürücü polis tərəfindən həbs edilib. Onun barəsində cinayət işi başlanılıb, araşdırmalara aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh