Nərimanovda 5 zolağı birdən zəbt edən taksi sürücüləri - FOTO

Avtosfer Foto 26 Sentyabr 2019 08:40 Oxunub 2398
Nərimanovda 5 zolağı birdən zəbt edən taksi sürücüləri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusların hərəkəti üçün konkret maneə yaradıblar

Metronun Nəriman Nərimanov stansiyası yaxınlığında olan biabırçı mənzərə vətəndaşlardan biri tərəfindən çəkilib. Avtosfer.az xəbr verir ki, taksi sürücüləri paralel dayanaraq yolun 5 zolağını zəbt ediblər. Üstəlik dayanacaqdan avtobusların normal hərəkəti üçün yolu bağlayıblar. Avtobus məcbur olub digər maşınların yoluna çıxmalıdır. Ardıcıl olaraq bir cərgə dayansalar kifayət qədər yer var. Amma görünür ki, bu cür "işğalçılıq" bu insanlar üçün adi hala çevrilib.

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları isə cərimə yazanda bu adamlar "etiraz" edirlər. Amma bu mənzərə heş bir məntiqə, əxlaqa sığmır.

Fotonu təqdim edirik:

 

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh